
Məqalənin mətni kompyuterdə A4 formatında, Word redaktorunda (şrift – Times New Roman, şriftin ölçüsü – 12pt, interval – 1; sahələr – standart, abzas – ilk sətirdə 1sm olmaqla) tərtib edilməlidir. Məqalə həm kağız, həm də elektron versiyasında (CD diskdə, faylın tipi – Microsoft Word 2010, fayl birinci müəllifin soyadı ilə adlandırılır) təqdim olunmalıdır.
Dərc üçün material olaraq azərbaycan, ingilis, rus, dillərində orijinal məqalələr, (tədqiqat nəticələrinə dair elmi materiallar), icmal məqalələr (müəyyən bir xəstəlik zamanı baş verən morfoloji dəyişikliklər dərindən və ətraflı araşdırılması və müzakirəsi), yubiley və qısa məlumatlar, konfrans materialları qəbul olunur.
Məqalənin başlığında birinci sətirdə məqalənin adı (şrift – ölçüsü 12pt, qara, böyük hərflərlə; interval
– 1), ikinci sətirdə müəllif(lər)in soyadı, adının və atasının adının baş hərfləri (şrift – ölçüsü 12pt, interval – 1), üçüncü sətirdə müəllif(lər)in işlədiyi müəssisə(lər), dördüncü sətirdə həmin müəssisənin (müəssisələrin) ünvan(lar)ı və müəllif(lər)in elektron poçt ünvan(lar)ı göstərilməlidir.
Hər bir məqalədə UOT (Universal Onluq Təsnifatı) indekslər və ya PACS tipli kodlar (Picture Archiving and Communication System) göstərilməlidir.
Nümunə:
KLİMAKTERİK SİNDROMUN GENİSTEİN PREPARATI İLƏ MÜALİCƏSİ
Cəfərova T.F.
Azərbaycan Tibb Universiteti. I Mamalıq və ginekologiya kafedrası.
Ünvan: AZ 1022,. Bakı şəhəri, Ə.Qasımzadə küçəsi 14, e–mail: eferovaterlane@ gmail. com
Başlıqdan sonra 200–250 sözdən ibarət (şrift – ölçüsü 12pt, interval – 1) strukturlaşdırılmış xülasə (elmi yeniliyi, işin məqsədi, metodlar, nəticələr, yekun qeyd edilməklə) həm dərc olunduğu dildə, həm də başqa iki dildə məqalənin xülasəsi verilməlidir. Məqalələnin müxtəlif dillərdə olan xülasələri bir-biri ilə eyni olmalı və məqalənin məzmununa uyğun olmalıdır. Xülasələr elmi və qramatik baxımdan ciddi redaktə olunmalıdır. Hər bir xülasədə məqalənin adı, müəllifin və ya müəlliflərin soyadı və adı tam göstərilməlidir.
Xülasədən sonra 5–ə qədər də açar sözləri (şrift – ölçüsü 12pt, interval – 1) verilməlidir
Orijinal məqalələr başlıq, xülasə, mətn, ədəbiyyat siyahısı və cədvəllər və şəkillər daxil olmaqla 10– 15 səhifədən və aşağıdakı bölmələrdən ibarət olmalıdır: "Giriş", "Material və metodlar", "Tədqiqatın nəticələri və onların müzakirəsi", "Yekun", "Ədəbiyyat siyahısı".
Bu bölmədə tədqiqatın aktuallığı və sonda isə işin məqsədi şərh edilməlidir.
Bu bölmədə tədqiq edilmiş materialın həcmi, daxil etmə/çıxarılma meyarları, tədqiqat metodları, alınmış rəqəm göstəricilərinin işlənilməsi üsulları təqdim olunmalıdır. Mütləq tədqiqat materiallının qruplar üzrə bölgüsü göstərilməlidir. Tədqiqatda istifadə olunmuş aparatların və diaqnostik texnikaların texniki xarakteristikası şərh edilməli, hormonal və biokimyəvi dəstlərin adları qeyd edilməlidir.
Ümumi qəbul olunmuş metodlardan istifadə olunduqda isə müvafiq ədəbiyyat istinadı göstərilməlidir.
Əgər məqalədə heyvanlar üzərində aparılmış eksperimentlər və ya xəstələrdə həyata keçirilmiş proseduralar şərh edilirsə, bunların Helsinki Deklorasiyası Etik Komitəsinin standartlarına (1983) uyğun olaraq yerinə yetrilməsi qeyd olunmalıdır.
Bu bölmədə, əldə edilən nəticələr əyani materiallarla (cədvəllər, şəkillər) əstik olunaraq şərh edilməlidir. Cədvəllərdə və şəkillərdə verilən məlumatlar mətndə təkrar olunmamalıdır, yalnız mühüm məlumatlar ümumiləşdirilərək qeyd edilməlidir. Tədqiqatda əldə olunmuş məlumatlar üyğun elmi istiqamətdə olan digər tədqiqatlarla müqayisə edilməli və bunun əsasında müzakirələr aparılmalıdır. Lakin, faktlarla tam
qeyri–dəqiq, əsassız məlumatlardan və nəticələrdən istifadə olunmamalıdır. Burada məqalənin "Giriş" bölməsində artıq verilmiş məlumatlar təkrarlanmamalıdır. Bu bölmədə əsaslandırılmış tövsiyələr verilə bilər.
Məqalənin sonunda elm sahəsinin və məqalənin xarakterinə uyğun olaraq müəllif(lər)in gəldiyi elmi nəticə, tətbiqi əhəmiyyəti konkret şəkildə verilməlidir..
Mətninin sonunda orijinal məqalələr üçün 15–ə, icmal məqalələri üçün 30–a qədər istifadə olunmuş
«Ədəbiyyat siyahısı» verilməlidir (şrift 12, interval 1,). ədəbiyyat siyahısında son 5–10 ilin elmi məqalələrinə, monoqrafiyalarına və digər etibarlı mənbələrinə üstünlük verilməlidir. Məqalənin mövzusu ilə bağlı elmi mənbələrə istinadlar olmalıdır. İstinad olunan ədəbiyyatların mətndə rast gəlindiyi ardıcıllıqla (məsələn, [1] və ya [1, s.119] kimi işarə olunmalı) nömrələnməlidir. Eyni ədəbiyyata mətndə başqa bir yerdə təkrar istinad olunarsa, onda istinad olunan həmin ədəbiyyat əvvəlki nömrə ilə göstərilməlidir.
Ədəbiyyat siyahısında verilən hər bir istinad haqqında məlumat tam və dəqiq olmalıdır. İstinad olunan mənbənin biblioqrafik təsviri onun növündən (monoqrafiya, dərslik, elmi məqalə və s.) asılı olaraq verilməlidir. Elmi məqalələrə, simpozium, konfrans və digər nüfuzlu elmi tədbirlərin materiallarına və ya tezislərinə istinad edərkən məqalənin, məruzənin və ya tezisin adı göstərilməlidir. İstinad olunan mənbənin biblioqrafik təsviri verilərkən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının «Dissertasiyaların tərtibi qaydaları» barədə qüvvədə olan təlimatının «İstifadə edilmiş ədəbiyyat» bölməsinin 10.2–10.4.6 tələbləri əsas götürülməlidir.
Dərc olunmamış mənbələrə istinad edilməməlidir.
Çoxcildli nəşrlərə istinadlarda göstərilməlidir: Müəllif (soyadı, inisialları). Əsərin adı:[cildlərin sayı] / Müəllifin inisialları, soyadı. – şəhər: nəşriyyat, – cildin nömrəsi. ‒ nəşr ili. – həcmi.
Nümunə: Древаль, О.Н., Нейрохирургия: [в 2–х томах] – / О.Н.Древаль, А.В.Басков, Г.И.Антонов – Москва: ГЭОТАР–Медиа, – т. 1. – 2013. – 592с
Bir müəllifli nəşrlərə istinadlarda göstərilməlidir: Müəllif (soyadı, inisialları) Əsərin adı / Müəllif (inisiallar, soyadı). ‒ şəhər: nəşriyyat, ‒ nəşr ili. – həcmi.
Nümunə: Боровиков, В.П. Популярное введение в современный анализ данных в системе STATISTICA / В.П.Боровиков. ‒ Москва: Телеком. ‒ 2015. ‒ 288 с.
Çox müəllifli nəşrlərə istinadlarda göstərilməlidir: Birinci müəllifin soyadı, inisialları, əsərin adı / Müəlliflər (inisialları, soyadları); ‒ şəhər (iki şəhər olduqda hər ikisi qeyd olunmalıdır): nəşriyyat, ‒ nəşr ili. – həcmi.
Nümunə: Трезубов В.Н. Ортопедическая стоматология. Учебник для медицинских вузов.
/ В.Н.Трезубов, Л.М.Мишнёв, Н.Ю.Незнанова – Санкт–Петербург: Спец. Лит, – 2013, – 367 с.
3–ə qədər müəllifi olan jurnal məqalələrinə istinadlarda göstərilməlidir: Müəllifin soyadı, inisialları, əsərin adı // ‒ şəhər: jurnalın adı, ‒ nəşr ili, cildin nömrəsi, jurnalın nömrəsi, səhifələr.
Nümunə: Зайцева, С. В. Зайцева, О.В. Бронхиты у детей – возможности фитотерапии // – Москва: Русский медицинский журнал, – 2013. – т. 21, № 2. – с. 96-102.
3–dən çox müəllifi olan jurnal məqalələrinə istinadlarda göstərilməlidir: Birinci müəllifin soyadı, inisialları. Əsərin adı / Üç müəllifin inisialları və soyadları [və b.] // Jurnalın adı, ‒ şəhər: ‒ nəşr ili. Cildin nömrəsi, jurnalın nömrəsi, ‒ səhifələr.
Nümunə: Ильенкова, Н.А. Дифференциальный подход к бронхообструктивному синдрому у детей грудного возраста / Н.А.Ильенкова., С.В.Смирнова, Н.А.Соловьева [и др.] // Доктор ру. – Москва: – 2016. – т.6, № 123, – с. 6 -8.
Konfrans materiallarına istinadlarda göstərilməlidir: Müəllif (soyadı, inisialları) Məruzəninadı
// konfransın adı, ‒ şəhər: nəşriyyatın adı, – tarixi, – nəşr ili, – səhifələr
Nümunə: Алиев, М.Н., Аллахвердиев, В.Д. Влияние сыворотки больных шизофренией как патологическое состояние экспериментально моделируемых беременных крыс // Тезисы докладов III съезда фармацевтов Азербайджана, – Баку: – 1988, – с. 187-189.
Dissertasiyalara və ya onların avtoreferatlarına istinadlarda göstərilməlidir: Müəllif (soyadı, inisialları). Dissertasiyanın adı: / iddia olunan elmi dərəcə, elm sahəsi / –şəhər, il. – həcmi
Nümunə: Нувахов Н.Р. Морфометрические особенности верхней челюсти и использование их при имплантационных операциях: / автореферат диссертации кандидата медицинских наук )/
– Москва, 2011. – 24 с.
Cədvəl və şəkillər mətndə ilk istinaddan sonra verilməlidir. Ağ–qara və rəngli şəkillər jpg formatında olmalıdır. Rəngli şəkillər üçün əlavə ödəniş edilməlidir. Şəkillərin adı 1 intervalla, 12pt şriftlə, izahlı altyazıları 1 intervalla, 11pt şriftlə yazılmalıdır. Cədvəllərin adları 1 intervalla, 12pt şriftlə, içərisi 1 intervalla, izahlı altyazıları 1 intervalla, 11pt şriftlə yazılmalıdır. Şəkillər və cədvəllərmətndəkardıcıllığına görə ərəb rəqəmləri ilə nömrələnməlidir.
Məqalələr anonim rəyçilərin gizli rəyindən sonra redaksiya heyətinin mütəxəssis üzvlərindən biri tərəfindən çapa tövsiyə və ya təqdim olunacaq. Məqalənin sonunda onu çapa təqdim edən redaksiya heyəti üzvünün adı (tam şəkildə), onun elmi titulu, elmi dərəcəsi və elmi adı qeyd olunacaq. Təqdim olunan məqalənin dərc olunmasından imtina edildiyi halda dövri elmi nəşrin redaksiyası yazılı şəkildə müəllifə əsaslandırılmış imtina cavabı göndəriləcəkdir.
Jurnalın redaksiyası Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası ekspert şuralarının sorğularına cavab olaraq tələb olunan məqalənin dərc olunmasına dair verilmiş rəyləri təqdim edəcəkdir.
Müəliflərin hər birinin məqalənin dərc olunması ilə əlaqədar olaraq razılığını, göndərilən məqalənin əvvəllər dərc olunmadığını (məqalənin tezis şəklində dərc olunmuş variantı istisna olmaqla), məqalənin hər hansı bir dildəki variantının eyni zamanda digər dövri elmi nəşrlərə göndərilmədiyini və məqalə ilə bağlı elmi-tədqiqat işinin hansı müəssisədə yerinə yetirildiyini əks etdirən anket hazırlamalıdır. Bu anketi müəllif(lər) imzalayıb redaksiyaya təqdim etməlidirlər.
Məqalələr plagiatlıq baxımdan yoxlanılacaq və belə faktlar aşkar edildikdə onlar dərc edilməyəcəkdir.
Məqalənin həm kağız, həm də elektron versiyası aşağıdakı ünvana çatdırılmalıdır: AZ 1078. Bakı şəhəri, Səməd Vurğun küçəsi 163. Azərbaycan Tibb Universiteti, 3 saylı tədris binası, İnsan anatomiyası və tibbi terminologiya kafedrası. Prof. Hüseynov Balakişi Məmmədəli oğlu.
E–mail: medun91@mail.ru
Tel: (+99451) 612-84-14
