2019-cu ilin sentyabr ayının 15-də görkəmli alim, Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının müdiri, Azərbaycan Nevroloqlar Assosiasiyasının və Epilepsiya ilə mübarizə Beynəlxalq Liqasının Azərbaycan bölməsinin prezidenti, əməkdar elm xadimi, professor Şərif İslam oğlu Mahalovun anadan olmasının 80, elmi-pedaqoji və həkimlik fəaliyyətinin 55 ili tamam oldu.