e-ISSN: 2618-0979     print ISSN: 2618-0960
The Department of Human Anatomy and Medical Terminology of the Azerbaijan Medical University is 100 years old
##common.pageHeaderLogo.altText## Journal of Theoretical, Clinical and Experimental Morphology

Abstract

İndiki İnsan anatomiyası və tibbi terminologiya kafedrası rəsmi olaraq 1919-cu il sentyabr ayının 1-də təşkil edilib. Fəxrlə demək olar ki, kafedra, keçən il ölkə prezidenti, cənab İlham Əliyevin rəhbərliyi altında 100 – illik yubileyini təntənə ilə qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin ən sədaqətli övladlarından, onun yetirmələrindən biri sayılır. Heç də təsadüfi deyildir ki,  o vaxtkı Normal anatomiya kafedrası həmin dövrdə təşkil edilən indiki Bakı Dövlət Universitetinin tibb fakültəsi tərkibində yaradılıb, özünün tədris muzeyi ilə birlikdə böyüyərək məhşurlaşıb. 1918-ci il Qafqazyanı ölkələrin (Azərbaycan və Gürcüstan nəzərdə tutulur, çünki həmin dövrdə Ermənistan adlı dövlət qurumu, ümumiyyətlə, yox idi, bu respublika sonralar keçmiş SSRİ rəhbərliyinin təkidi ilə Azərbaycan torpaqları hesabına yaradıldı, zor gücünə qədim Azərbaycan şəhəri olan İrəvan Azərbaycanın əlindən alınıb, bütün demokratik prinsiplər pozularaq, Ermənistanın paytaxtı elan edildi) dövlət müstəqilliyi əldə etdikləri il idi. Ermənistan isə paytaxt şəhəri olmayan qondarma “müstəqil dövlət” elan edilmişdi.